6-7-ci sinif şagirdləri üçün seçim imtahanı təşkil edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) aşağı yaş qrupu şagirdlər üçün fənn olimpiadaları və fənn müsabiqələrinə hazırlıq qruplarının seçim imtahanını təşkil edir.
Bu məqsədlə məktəbdə BŞTİ - nin müvafiq təlimatına əsasən 6-7-ci sinif şagirdləri üçün seçim imtahanı təşkil edildi.
İmtahanın 1-ci mərhələsi 20 riyaziyyat və 5 məntiq sualı olmaqla 25 sualdan ibarət idi.Şagirdlər onlara təqdim olunan sualları 80 dəqiqə müddətində cavablandırdılar.
Nəticələri yüksək olan 4 nəfər 6- cı sinif şagirdi,4 nəfər də 7- ci sinif şagirdi II mərhələdə iştirak etmək hüququ qazanacaq.