Əhməd Cavadın 130 illiyi ilə əlaqədar dəyirmi masa keçirildi

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn tələbləri həyata keçirmək məqsədilə məktəbimizdə müxtəlif tədbirlər qeyd olunur. Məktəbin Azərbaycan dili Ədəbiyyat müəllimi Kəminə Zalovanın rəhbərliyi ilə 11-ci sinif şagirdlərindən bir qrupu dəyirmi masa keçirdi. 11-ci sinif üzrə ədəbiyyat fənnindən perspektiv planlaşdırmaya əsasən Əhməd Cavad həyat və yaradıcılığına ayrılan dərs saatlarına daha dərin maraq oyatmaq məqsədi ilə müxtəlif videoçarxlar, fotoşəkillər nümayiş olundu, şairin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktlar təhlil olundu. Ədəbi-bədii fikir tariximizdə seçilən müstəsna mövqeyə malik söz ustalarından biri kimi bütün qəlbi ilə doğma xalqına bağlı olan Ə,Cavad istiqlal şairi kimi təqdim olundu.Şairin bütün həyatı boya müstəqillik ideallarına bağlı olması milli məfkurəyə sadiqliyi ilə əlaqələndirildi. Represiya qurbanı olan sənətkarın həyatı, ailəsi ilə bağlı faktlar şagirdlərin dərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi