Tarix aylığı davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq 6 “B” sinif şagirdləri ilə Heydər Əliyev mərkəzində olduq. Məqsəd Ulu öndərin həyat yolu ilə şagirdləri qismən də olsa tanış etmək idi. Şagirdlər çox böyük maraqla dahi şəxsiyyətin həyatı, siyasi fəaliyyəti ilə tanış oldular. Bir daha başa düşdülər ki, həyatda elə insanlar var ki, onların həyatı əsl nümunədir. Sonra xatirə şəkilləri çəkdirildi.