Şagirdlər hərbi qənimətlər parkına ekskursiyada oldular

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Zəfər günü ilə bağlı əmrinə və məktəbin fəaliyyət planına əsasən  5 ”B” sinif şagirdləri Hərbi qənimətlər parkına ekskursiya təşkil etdilər. Gəzintinin məqsədi Vətənə, torpağa məhəbbət hissinin gücləndirilməsi, şagirdlərin şanlı zəfərimiz haqqında məlumatlarının genişləndirilməsi idi. Şagirdlər ordumuz tərəfindən məhv edilmiş, saz şəkildə ələ keçirilmiş düşmən texnikaları ilə  tanış oldular. Parkda yerləşən videozalda şagirdlər Ali Baş Komandanın müharibə ərzində verdiyi reportajları izlədilər. Burada qurulmuş səngərlər şagirdlərin diqqətini xüsusi cəlb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi