Uşaq hüquqları mövzusunda sinif təşkilat saatı keçirildi
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir.
Uşaqlar öz hüquqlarını bilməlidir ki, özlərini daha yaxşı qoruya və müdafiə edə bilsinlər. Bununla bağlı şagirdləri maarifləndirmək lazımdır. 1 “C” və 4 «A” siniflərində şagirdlərə uşaq hüquqları haqqında ümumi məlumat verildi və müzakirə aparıldı.