Zəfər tarixi

Məktəbin fəaliyyət planına uyğun olaraq Noyabr ayının 5-də məktəbimizdə 9 “A”  9 “B”  9 “C”  siniflərində Zəfər tarixi fənnindən açıq dərslər, ikinci mərhələdə isə konfrans keçirildi. Məqsəd Zəfər tarixi ilə şagirdləri yaxından tanış etmək və dərsliklə bağlı arzu və təkliflərimizi bildirmək idi. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən açıq dərslər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına istiqamətlənmişdi. Belə dərslər şagirdlərə vətənpərvərlik eşqi aşılayır.

Sonra məktəbin akt zalında ikinci mərhələyə uyğun olaraq konfrans keçirildi. Konfransda Azərbaycan dövlət himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik yad edildi.Sonra məktəbin rəhbərliyi Nisə Fərəcova, tarix müəllimi Afət Xudai çıxış etdilər. Bədii hissədə isə şeir söylədilər, zəfərə aid mahnı oxundu.Sonra konfrans Zəfər tarixi ilə bağlı 4 bənddən ibarət qərar qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi