Coğrafiya aylığının yekunu
Məktəbin fəaliyyət planına əsasən Coğrafiya aylığının son gününü kiçik bir tədbirlə başa vurduq. Tədbirin mövzusu Dünya xalqları və irqləri idi.Tədbir 6 “A” sinif şagirdləri ilə keçirildi. Şagirdlər müxtəlif xalqların geyimlərini və o xalqlara məxsus dildə məlumatlar verdilər.İslam dininə aid kəlamlar,ingilis,hind,fransız,türk dillərində şeirlər dedilər.Tədbirin məqsədi şagirdlərin dünya xalqlarını tanımaq,onların dili ilə tanış olmaq idi.Tədbiri coğrafiya müəllimi Vüsalə Məmmədova və fənnbirləşmə sədri Aytən Məmmədova ilə birlikdə keçirtdilər.