‘‘Vətənim Azərbaycandır" adlı oxu konfransı keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəb kitabxanasında ‘‘Vətənim Azərbaycandır ‘‘mövzusunda vətənpərvərlik haqqında oxu konfransı keçirildi.
Məqsəd şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq və inkişaf etdirmək ,onlarda yazıçı təxəyülündən süzülərək gələn doğma yurda sevgi oyatmaqdır.
Məktəbin fəal oxuculuq qabiliyətinə malik bir qrup şagirdin ədəbiyyat müəllimləri Zalova Kəminə,Novruzlu Rahilə ,UBR İsgəndərova Mədinə,məktəb kitabxana müdiri Məmmədova Aytənin iştirakı ilə bədii müzakirə təşkil edildi.
Müzakirədə Mirzə İbrahimbəyovun “Cənub hekayələri”,Xəlil Rza Ulutürk və Məmməd Arazın əsərlərini təhlil edildi.
Məktəbin direktoru Nisə Fərəcovanın və ədəbiyyat müəllimlərinin yönləndirici sualları şagirdlərdə vətənimizin zəngin tarixi ,xalqımızın zaman zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr ,azadlıq və müstəqillik uğrunda gedən mücaidələr haqqında biliklər,bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları ,tarixi şəxsiyyətlər haqqqında şagirdlərin obyektiv məlumatlanmasına aşılanan biliklərinin təsirinə şərait yaratdı.