"Uşaq hüquqları" ilə bağlı tədbir keçirildi
Uşaq hüququları konvensiyası uşaq hüquqları sahəsində qəbul edilmiş sənədlərlə müqayisə də ən dolğun və hüquqların beynəlxalq hüquq normaları qüvvəsinə mindirildiyi ilk sənəddir. İştirakçı dövlətlərin sayına görə bu BMT-nin ən çox ratifikasiya edilmiş konvensiyasıdır. Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkil(Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixlərdə uşaq hüquqları aylığı keçirilir. Bu məqsədlə məktəbin illik fəaliyyət planına uyğun olaraq 4 “A” sinif rəhbəri Leyla Orucəliyeva və UBR Mədinə İskəndərovanın təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə Mədinə İskəndərova şagirdlərə hüquq və vəzifələri haqqında məlumat verdi. Uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiə və təbliği haqqında danışdı. Şagirdlər mövzuya uyğun əl işləri, səhnəciklər nümayiş etdirdilər.