Maarifləndirici söhbət aparıldı
Məktəbin fəaliyyət planına uyğun olaraq 9 “C” sinif valideynləri ilə iclas zamanı məktəbin psixoloqu Ləman Mehtiyeva maarifləndirici söhbət apardı.Məqsəd valideynlərin maarifləndirilməsi,valideyn-şagird-müəllim münasibətlərində düzgün yanaşma formalaşdırmaq,onların qarşılaşdıqları problemlərin həll edilməsi idi. Valideynlərə şagirdlərin gün rejiminin düzgün qurulması,tv/telefon istifadəsi zamanı yaranan problemlərin aradan qaldırılması və s. bağlı məsləhətlər verildi.Valideynlər öz fikir və təkliflərini irəli sürdülər.İclasda məktəbin direktoru Nisə Fərəcova və fənn müəllimləri çıxış etdilər.