"Şuşanın 270 illiyi"
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizdə "Şuşa ili" və "Şuşanın 270 illiyi" ilə əlaqədar bu mövzuda 5"C" sinfində maarifləndirici söhbət aparıldı. Məqsədimiz şagirdlərimizi Şuşa ilə bağlı məlumatlandırmaq idi. Şagirdlər Şuşa haqqında məlumatlar verdilər. Şuşa ilə bağlı şeirlər söylədilər, Şuşanın dağları mahnısını səsləndirdilər. 5"c" sinfi bütünlükdə tədbirdə iştirak etdilər. Tədbirdə məktəbin direktoru, tarix müəllimləri iştirak etdilər.