Coğrafiya və Steam dərsi arasında inteqrasiyalı dərs keçirildi
Məktəbin fəaliyyət planına əsasən coğrafiya aylığı çərçivəsində Vüsalə Məmmədova 7 “A” sinfində coğrafiya və Steam dərsi arasında inteqrasiyalı dərs keçmişdir. Dərs zamanı şagirdlər 3D qələmi ilə Azərbaycan Respublikasının kontur xəritəsini düzəltmiş və işğaldan azad olunmuş əraziləri xüsusi vurğulamışlar. Qarabağ Azərbaycandır şüarı altında bir daha Qarabağa qiyabi səyahət etmişlər.