"Məktəbdə əxlaq və davranış qaydaları"
Məktəbin fəaliyyət planına uyğun olaraq 6-8 ci sinif şagirdləri ilə maarifləndirmə işi aparıldı. Məqsəd milli əxlaqımızı, mental dəyərlərimizi şagirdlərə düzgün aşılamaqdır. UBR Mədinə İskəndərova çıxış edərək bildirdi ki, təhsil aldığımız məktəbimizdə hansı qaydalara riayət etməli, hansı davranışlara yol verməməliyik.
O, həmçinin qeyd etdi ki, qədim Türk qadınının xarakteri, davranışı müxtəlif fənlərdə ayrı-ayrı mövzular üzrə tədris olunur. Söhbətdə məhz həmin məsələlərə diqqət çəkərək Burla Xatun, Banu Çiçək, Tomris, Nigar, Natəvan və Həcər kimi qadınlarımızın əxlaqı şagirdlərə nümunə kimi göstərildi. Məktəbin psixoloqu Ləman Mehtiyeva "Məktəbdə əxlaq və davranış qaydaları" təqdimatını şagirdlərə göstərdi. O,həmçinin şagirdləri şagird etik davranış qaydaları haqqında maarifləndirdi. Bildirdi ki, məktəbdə və siniflərdə davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır.Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.