"Ailə ağacı" adlı layihə həyata keçirildi
Məktəbin fəaliyyət planına əsasən 2 "A" sinif rəhbəri Sevinc Məmmədova Həyat bilgisi fənnindən "Ailə ağacı" adlı layihə həyata keçirdi. Layihənin əsas məqsədi şagirdlərin qohumluq bildirən sözlərlə bağlı biliklərini öz şəxsi nümunəsində tətbiq etməklə həmin sözlərin mənasını mənimsədiklərini nümayiş etdirməkdir. Hər şagird hazırladığı "Ailə ağacı"nı təqdim etdi.