Şəhidlərin xatirəsinə həsr olunmuş ağac əkmək aksiyası keçirildi
Bakı şəhəri Təhsil İdarəsinin “ Təbiəti qoruyanlar” adlı layihəyəyə keçən dərs ilindən start verilmişdir. Bu ildə bu layihə çərçivəsində tədbirlərimiz davam edir.
Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr Anım Günü ərəfəsində şəhidlərin adına məktəbdə ağac əkmək aksiyası keçirildi.Təhsilalanların ekoloji maarifləndirmək, tədqiqatçılıq bacarıqlarını artırmaq, istedadlı və yaradıcı şagirdləri aşkar etməkdə bu cürə layihələr davam etdirilir.
Məktəbin Coğrafiya müəllimi Aytən Məmmədova 6”B” sinif şagirdləri ilə dərsi məktəbin həyətindəki canlı “Yaşıl məkan”da keçdi. Təhsilanlar 10 ədəd gül əkdilər. Eyni zamanda güllərlə, ağaclarla bağlı şagirdləri maraqlandıran suallar cavablandırdılar.