Anım Günü ilə əlaqədar məktəbin  I-IV siniflərində təşkilat saatı keçirildi

      Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına və məktəbin tədbirlər planına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabitlərimiz və bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü ilə əlaqədar məktəbin  I-IV siniflərində təşkilat saatı keçirildi. Sinif müəllimləri Samirə Tağıyeva, Rəna Abdullayeva, Sevinc Məmmədova və Orucəliyeva Leyla, Mərziyyə Əliyeva, Nərmin Hümbətova,   Şəbnəm Balayeva  şagirdlərə 44 günlük müharibə zamanı ordumuzun qüdrətindən, qəhrəmanlığından məlumat verdilər. Vətən müharibəsi zamanı canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şəhidlər haqqında məlumatlar, şeir və mahnılar ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi