"Zəfərə gedən yol"
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər, zabit və bütün şəhidlərimizə dərin ehtiram olaraq hər il il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Məktəbin fəaliyyət planına uyğun olaraq “Zəfər gününün başlandığı gün “adlı tədbir keçirildi. Tədbirdə Dövlət himni səsləndi.Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Nisə Fərəcova tədbiri acaraq 27 sentyabr ən yeni tariximizdə şanlı səhifənin başlanğıc nöqtəsi olduğunu bildirdi. Məktəbin məzunu, qazi Röyal Əliyev keçdiyi döyüş yolundan danışdı.Şagirdlər şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər.
Bün gün Azərbaycan qalib dövlət kimi yaşayır,bundan sonra da müzəffər xalq və qalib dövlət kimi ədəbi yaşayacaqdır.
Torpaq ,uğrunda ölən varsa,Vətəndir!
“Qarabağ Azərbaycadır !”sədaları ilə tədbir sona çatdı.