Dövlət atributlarımız
Məktəbin fəaliyyət planına uyğun olaraq Uşaq Birliyi Rəhbəri Mədinə İskəndərova şagirdlərdə vətənpərvərlik hissinin aşılanması, dövlət rəmzlərimizə sevgi və rəğbət hissini yaratmaq məqsədi ilə I siniflərdə maarifləndirici söhbətlər apardı. Söhbətdə dövlət rəmzlərimiz, onların ifadə etdiyi məna, yaranma tarixi, istifadə olunduqları məqamlar barədə birincilərə məlumat verildi. Şagirdlərə həyatımızın müxtəlif sahələrində himnimizin, gerbimizin və bayrağımızın tətbiqinin önəmindən, dövlətçiliyimizin tarixindən danışdı.