Pedaqoji Şuranın iclası keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq 2022/2023-cü tədris ilinə hazırlığa həsr olunmuş pedoqoji şuranın ilk iclası keçirildi. İlk öncə məktəbimizin direktoru Nisə Fərəcova pedaqoji kollektivi salamladı, daha sonra tədris ilinin yekunu və qarşıda duran vəzifələri müəllimlərin diqqətinə çatdırdı. Direktor müavinlərinin, sinif rəhbərlərinin,uşaq birliyi rəhbəri Mədinə İsgəndərovanın, Psixoloq Ləman Mehtiyevanın, təsərrüfat işləri üzrə direktor müavini Tutuxanım Kərimovanın hesabatları dinlənildi, hesabatlar ətrafında çıxışlar oldu. İclasda: pedoqoji şuranın katibin müəyyənləşdirilməsi,pedoqoji şuranın illik fəaliyyət planının müzakirəsi, 2021-2022-ci tədris ilinin yekun nəticələrinin təhlili və 2022-2023-cü tədris ilinin fəaliyyət istiqamətləri, sinif komplektlərinin müəyyənləşdirilməsi,məktəbdə vəzifə bölgüsünün müəyyənləşdirilməsi,sinif rəhbərlərinin və növbətçilərin təyini,fənn birləşmə sədrlərinin təyini,müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, 2022-2023-cü tədris ilinin tədrisin keyfiyyətinin artırılması,təlim nəticələrinin yüksəldilməsi üçün görüləcək işlər, məktəbdə daxili nizam intizam qaydalarına əməl olunması istiqamətində görüləcək işlər və digər məsələlər müzakirə olundu.