Bu gün Ümumdünya Musiqi Günü kimi qeyd olunur
Bu ideya 1976-ci ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21 dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edir və beləliklə, həmin gün tarixdə Ümumdünya Musiqi Günü kimi qalır və qeyd olunur.
Bu münasibətlə ibtidai sinif şagirdləri dünya musiqi gününə həsr olunmuş musiqi yarışı keçirtdilər. Yarışda milli və dünya musiqisindən nümunələr səsləndirildi. Şagirdlər mahnılar tapıb yarışaraq əyləndilər və rəqs etdilər.