"Yay məktəbi"nə start verilib
İyunun 16-dan ümumi təhsil müəssisələrində "Yay məktəbi"nə start verilib. Məktəbin ibtidai sinif şagirdləri də "Yay məktəbi" dərslərinə böyük həvəslə başlayıblar. 1a, 1b, 3a , 3 c sinif şagirdləri və sinif rəhbərləri açıq havada nağılların müzakirəsini təşkil etdilər. Sonra isə şagirdlər rollu oyunlarla nağıl qəhrəmanlarını canlandırdılar.
Əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir.