Tətil günlərini səmərəli keçirdirik
Məktəbin fəaliyyət planına uyğun olaraq "Tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili və bayram tətilini səmərəli keçirmək məqsədilə ibtidai sinif müəllimləri Sevinc Məmmədova, Leyla Orucəliyeva 1 "A" və 3 "A" sinif şagirdləri ilə Suraxanı Gəmi muzeyinə və Bakı Zooloji Parkına ekskursiya edib. Ekskursiyanın məqsədi şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, canlı aləm, Azərbaycanın nadir faunası, "Qırmızı kitab"a daxil olan heyvanlar haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.
Gəzinti şagirdlərin çox xoşuna gəldi. Ordan zəngin təəssüratla qayıtdılar.