"Yanğın zamanı qaydalara əməl etmək həyat xilas edir"

    Məktəbin fəaliyyət planına uyğun olaraq "Ailə ilə birlikdə iş" layihəsi çərçivəsində 4 «C” sinif rəhbəri Səbinə Əmiraslanovanın təşkilatçılığı ilə 4 “C” sinif şagirdi Rüstəmli Adəmin atası Fövqəladə hallar nazirliyinin əməkdaşı Rüstəmov Elmar şagirdlərlə "Yanğın zamanı davranış və qaydalar" mövzusunda söhbət apardı. Söhbətin məqsədi müasir dövrdə, texnologiyalarin inkişafı ilə əlaqədar daha çox yanğın təhlükəsi ilə qarşı qarşıya olduğumuzu şagirdlərə bildirməklə,onlara istər evdə,istər məktəbdə,istərsə də, digər obyektlərdə yanğın zamanı hansı qaydalara əməl etməli olduqlarını daha dərindən öyrətmək, təcrübələri bölüşmək,müxtəlif peşələrə maraq oyatmaq idi. FHN əməkdaşı məktəbdə olan yanğın əleyhinə avadanlıqları göstərdi,onların  funksiyalarını ,işlənmə qaydalarını şagirdlərə izah etdi. Plakatlarda göstərilən yanğın təhlükəsi  yaradan hallar haqqında geniş məlumat verdi.Şagirdlər maraqla dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi