Məktəb kitabxanasında "Ailəm və məktəbim" mövzusunda dəyirmi masa keçirildi

    Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022 ci il tarixli,F-145  nömrəli əmrinə əsasən və məktəbin fəaliyyət planına uyğun olaraq "Ailəm və məktəbim" lahiyəsinin 3-cü bəndinin çərçivəsində valideyn şagirdlərin birgə fəaliyyətə cəlb olunması ilə bağlı tədbirlər davam edir.

Məktəb kitabxanasında şagirdlər və 1 "a" sinif valideynlərinin iştirakı ilə dəyirmi masa keçirildi.

Məqsəd valideynləri övladlarının təhsil aldıqları məktəb kitabxanası ilə tanış etmək və mütaliə mədəniyyətinin formalaşdırmaq prosesində ailə və məktəblərdə şagirdlərin mütaliə həvəsini birgə işini yüksəltməkdir.

Tədbirdə şagirdlər oxuduqları nağıllardan  bir parça səhnə nümayiş etdilər.

Daha sonra valideynlər məktəb kitabxanasındakı nağıllardan oxudular və şagirdlərlə birlikdə müzakirə və təhlil aparıldı.

Məktəbin UBR İskəndərova Mədinə ,sinif rəhbəri Sevinc Məmmədova və kitabxana müdiri Aytən Məmmədova valideynlərə  mütaliənin şagirdlərdə bədii-estetik zövqünün inkişafına,mənəvi tərbiyəsinə müsbət təsirindən ,dünyagörüşündən savadlı,ağıllı şəkildə formalaşmasın vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi