Valideyn və şagirdlərlə birlikdə kitab müzakirəsi
Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.
Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Mütaliə insanı söhbətcil və hazırcavab edir. Mütaliə təfəkkürü dərinləşdirir.
Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir.
Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqəqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın-mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik.
Bu məqsədlə 2 "A" sinifinin rəhbəri Rəna Abdullayeva şagird və valideynlərlə birlikdə onların mütaliə etdikləri kitablari müzakirə etdilər.