Oxumağı öyrənmişik
Beşyaşlıların məktəbə hazırlığı "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu ) əsasında həyata keçirilir. Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşməsinə istiqamətləndirilir. Tədris ilinin sonu olduğu üçün Orucəliyeva Leyla məktəbəhazırlıq qrupunda 2.1.4 standartını (Hecalar, hecaların sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi mətnlər qurur) reallaşdırması üzərində məşğələ keçirdi. Beşyaşlılar hecalardan sözlər düzəltdilər , şifahi mətnlər qurdular, şəkil üzrə danışdılar.