Azərbaycan Tarix Müzeyinə ekskursiyası təşkil edildi

Məktəbin fəaliyyət planının müxtəlif bəndlərindən irəli gələn tapşırıqların icrası tədris ilinin sonlarında da davam etdirilir.

    Müxtəlif tarixi günlərin qeyd olunması,xalqımızın tarixində özünəməxsus rolu olan görkəmli şəxsiyyətlərin yad olunması, görməli yerlərə,tarixi abidələrə ekskursiyaların təşkili müəllimlərin təşkilatçılığı və yaxından iştirakı ilə həyata keçirilir.18 May Beynəlxalq Müzeylər Günü məktəbin 5 b sinifinin, sinif rəhbəri Pərvanə Məsimovanın təşkilatçılığı, tarix müəllimi Zərxanım Zülfqarova  və ədəbiyyat müəllimi Kəminə Zalovanın, eləcə də bir neçə valideynin iştirakı ilə Azərbaycan Tarix Müzeyinə ekskursiyası təşkil edildi. Şargirdlər məşhur xeyriyyəçi H.Z.Tağıyevin 101 otaqdan ibarət şəxsi evində yaradılan müzeyin otaqları ilə tanış oldular. Müzeyin əməkdaşı Avropa və şərq zalları, həmçinin digər otaqlardakı eksponatlar haqqında ətraflı məlumatlar verdi. Tariximizin müxtəlif dövürlərinə aid məişət əşyaları, döyüş ləvazimatları,tarixi sənədlər nümayiş etdirilən zal şagirdlərin xüsusi marağına səbəb oldu.Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti, xalqımız üçün gördüyü işlər beşincilərdə dərin rəğbət hissi yaratdı.

    Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərdə tariximizə sevgi hissinin formalaşdırılması,görkəmli şəxsiyyətlərin fəaliyyətinin təbliğ olunmasıdır.Ekskursiyada iştirak edən valideynlər aşağı sinif şagirdlərində dünyagörüşünün inkişafı, vətənpərvərlik hissinin dərinləşdirilməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyətə malik olduğunu vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi