“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-61 nömrəli əmrinə əsasən və məktəbin fəaliiyət planına uyğun olarq “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi yekunlaşdı. Şagirdlər məktəb kitabxanasından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyat nümunələrindən oxuduqları əsərlərdən gündəlik hazırlamışdılar. Müsabiqənin II məhrələsində seçilən şagirdlərə fəxri fərman, məktəb kitabxana müdiri Aytən Məmmədova tərəfindən hədiyyələr təqdim olundu. Müsabiqə məktəbin direktoru Nisə Fərəcova, ədəbiyyat müəllimləri Kəminə Zalova, Əliyeva Əntiqə və kitabxana müdiri Aytən Məmmədova şagirdlərə tövsiyyələri ilə yekunlaşdı.