Şagirdlər "Milli incəsənət muzeyi"ndə ekskursiyada oldular

18 may Beynəlxalq Muzey Günü ilə əlaqədar məktəbimizin təsviri incəsəsnət müəllimi Ruhəngiz Hüseynova və kitabxana müdiri Aytən Məmmədova bir qrup şagirdlə milli incəsənət muzeyində ekskursiyada oldular. İlk öncə muzeyin məsul işcisi şagirdlərə muzey haqqında məlumat verdi. Sonra muzeydə şagirdlər Azərbaycan xalq nağılı “Tık-tık xanımın” kölgə tamaşasına baxdılar.

Hər bir şagirdimiz fərdi olaraq onlara verilən  pannoda, Pol Sezanın natürmort janrında çəkilmiş eskizləri rənglədilər, maraqla rəsm çəkən şagirdlər öz rəsmlərində rəngarəng boyalardan istifadə etdilər. Daha sonra muzey eksponatları ilə tanış oldular. Burada olan qədim keramika  və misgərlik nümunələrinə maraqla tamaşa etdilər

Muzeydə Azərbaycanın qədim xalçaları (xovlu və xovsuz) müxtəlif naxışlarla bəzənmiş parçaları, qədim döyüş sursatlarını böyük maraqla qarşıladılar.

Sonda şagirlərimizin üzünə və əllərinə peysaj təsviri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi