“Əziz Şuşa, sən azadsan!” adlı elektron təqdimat müsabiqəsi keçirildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.01.2022-ci il tarixli sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa ili” elan edilmişdir. Məktəbin tədbirlər planına əsasən Şuşa ili ilə bağlı kütləvi tədbirlər, müsabiqələr həyata keçirilir.

   Məktəbin fəaliyyət planına uyğun olaraq 8 “A” sinfində “Əziz Şuşa, sən azadsan!” adlı elektron təqdimat müsabiqəsi keçirildi. Müsabiqədə çıxış edən sinif rəhbəri Rahilə Novruzlu Şuşa şəhərinin tarixindən, şanlı qələbəmizdən söz açdı. Daha sonra söz alan UBR Mədinə İsgəndərova xüsusi vurğuladı ki, Şuşa Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında əsrlərdir müstəsna rol oynayır. Şagirdlərin təqdimatları izlənildi. Müsabiqədə iştirak edən şagirdlər Şuşanın tarixi, mədəniyyəti, təbiəti haqqında müxtəlif slaydlar hazırlamışdılar. Şagirdlərdən F.Tacir, V.Elvin öz təqdimatlarında Azərbaycan ordusunun şanlı qələbəsindən – Şuşanın azad olunmasından bəhs etmişdilər. M.Tamilla, D.Kənan və M.Aişə təqdimatlarını Şuşa torpağının yetişdirdiyi mədəniyyət və incəsənət xadimlərinə həsr etmişdilər. Şagirdlərdən D.Günay, N.Fəxri, Ə.Əli təqdimatlarında Şuşa şəhərinin Qafqazdakı rolundan bəhs etmiş, həmçinin slaydlarda ermənilərin bu şəhərdə törətdiyi vandal əməllərinə də yer vermişdilər.

    Müsabiqənin sonunda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Şuşada Cıdır düzündə ümummilli liderin imzası əks olunan görüntülər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi