Tətil günlərini şagirdlər səmərəli keçirdilər
Fəaliyyət planına uyğun olaraq məktəbimizdə ekskursiyalar təşkil edilir. 1-5 may tarixlərində İbtidai siniflər üçün nəzərdə tutulan tətil günlərini şagirdlər səmərəli keçirdilər. 3 “A” sinif müəllimi Leyla Orucəliyeva şagirdləri ilə Kinderlandda oldular. Orada müxtəlif peşə növləri haqqında məlumat əldə etdilər. Hər hansı bir peşə müəyyən qabiliyyət tələb edir, peşələrin hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur.
Şagirdlər özlərini müxtəlif peşə növlərində sınadılar.