Şagirdlər "Təbiət Tarix muzeyi" nə ekskursiyaya getdilər
Məktəbin fəaliyyət planına uyğun olaraq Həyat bilgisi fənnindən "Təbiətdəki əlaqələr" mövzusu çərçivəsində 4 “C” sinfi və sinif rəhbəri Səbinə Əmiraslanova H.Zərdabi adına Təbiət Tarix muzeyinə ekskursiyaya getdilər. Ekskursiyanın məqsədi şagirdlərə keçilən mövzunu daha dərindən mənimsətmək, Xalq cümhuriyyəti dövründə əsası qoyulmuş, keçmişimizdən bizə qalan, milli irsimizi qoruyan, həqiqi xəzinə olan muzeylə tanış etmək, Azərbaycanın zəngin təbiətini, müxtəlif heyvan növlərini, adları qırmızı kitaba düşmüş heyvanları, taksidermiya ilə qorunan sürünənləri, fosil və mineral daşların nümunələrini tanıtmaqdır. Eyni zamanda şagirdlərdə heyvanları qoruma, onlara qayğı göstərmə mədəniyyətini formalaşdırmaq idi.Yer kürəsinin yaranma tarixini, bitkilər və heyvanların əhəmiyyətini anlatmaq üçün şagirdlər Tusi adına Planetariumda "Yerin yaranma tarixi" adlı sənədli filmə baxdılar. Şagirdlər asudə vaxtdan səmərəli istifadə etməklə yanaşı, yeni biliklərə də sahib oldular.