Kimya - biologiya aylığı çərçivəsində kimya - biologiya fənnindən nümunəvi dərslər keçirildi
9 "B” sinfində biologiya fənnindən "İnsan orqanizminə ətraf amillərin təsiri-Stress" mövzusunda nümunəvi dərs keçirildi. Bildiyimiz kimi, 1 may 9-cu sinif şagirdlərinin növbəti buraxılış imtahanları keçiriləcək. Stress mövzusunun seçilməsi təsadüf deyil də məhz imtahan qabağı şagirdlərə həm də psixoloji dəstəyin olunması məqsədi hədəf olaraq seçilmişdi. Bu dərs şagirdlərdə insan orqanizminə stressə səbəb fiziki - kimyəvi, psixi amilləri,stressin mərhələlərini, stresslə mübarizə yollarını öyrətmiş oldu. Stress səviyyəsini ölçən test işləyərək stress səviyyələrini təyin etdilər. Şagirdlər bütün stresslərin zərərli olmadığını faydalı stresslərin də olduğunu öyrəndilər. Belə ki, imtahan ərəfəsində yaranan stressin orqanizmin daha effektiv fəaliyyətini təmin edir, insan bədənini zəiflətmədən lazım olan məqsədə doğru yönəltmiş olur. İnsanda görüləcək işə qarşı məsuliyyət hissinin yaranmasına təkan verir.
Sonda stressi yenə bilmək diləyilə şagirdlərə imtahanda uğurlar arzuladıq.
Nümunəvi dərsdə direktor müavini Günel İsmayılova, Kimya müəllimi Aytən Məmmədli iştirak etdi.