“İmtahan öncəsi stresin aradan qaldırılması” mövzusunda seminar keçirildi

Məktəbin illlik fəaliyyət planına əsasən 9-cu sinif şagirdlərinin pedaqoji-psixoloji cəhətdən buraxılış və qəbul imtahanlarına hazırlığının təmin edilməsi, imtahan öncəsi və imtahan sonrası yaranan həyəcan və narahatçılığın aradan qaldırılması məqsədilə məktəbin psixoloqu Ləman Mehtiyeva buraxılış sinifləri ilə  “İmtahan öncəsi stresin aradan qaldırılması” mövzusunda seminar keçdi. Psixoloq şagirdlərin əhval ruhiyyəsini, imtahana hazırlıq vəziyyətini yoxladı. Özünəinam, diqqət və konsentrasiya, stress, həyəcan, ümidsizlik, qərarsızlıq və s. kimi mövzulara toxundu və şagirdləri məlumatlandırdı. Təlim zamanı  psixoloq şagirdlərlə imtahan öncəsi streslə baş etmə yollarını, imtahana psxioloji hazır olma yollarını, bunun üçün nələr etməli olduqlarını, imtahan zamanı həyəcan yaranarsa nəfəs gimnastikaları etməyi, yuxu və qida rejimini tənzimləməyi və imtahan zamanı diqqətli olmağın üsullarını qeyd etdi. Onların psixoloji vəziyyəti imtahan nəticələrinə təsirsiz ötüşmür. Şagirdlərə bu mərhələdə psixoloqla yanaşı valideynlər də dəstək olmalı, ailədə gərginliyi minimuma endirməli, uşaqların imtahanda uğurlu nəticələr əldə etməsi üçün daxilən rahat və sərbəst olmasına şərait yaratmalıdır. Seminarda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Günel İsmayılova və müəllimlərdən Fərqanə Əkbərova, Aytən Məmmədli iştirak etdilər. Direktor müavini Günel İsmayılova şagirdlərə öz tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi