Mütaliəni həyat tərzinə çevirək
Bakı şəhər üzrə Təhsil İdarəsinin" oxu günü" tədbirinin keçirilməsi barədə F -147 əmrinə əsasən və məktəbin fəaliyyət planına uyğun olaraq "23 aprel oxu günü" ilə əlaqədar tədbirlər davam edir.
Kitabxana müdiri Aytən Məmmədovanın təşkilatçılığı ilə VI-IX siniflərin fəal oxucularla Azərbaycan ədəbiyyat nümunələrinin ədəbi-bədii müzakirəsi keçirildi.
Şagirdlər oxuduqları Azərbaycan ədəbiyyatı nümunələrindən N.Nərimanov, S.M.Qənizadə, S.S.Axundov, Ə.B.Haqverdiyev, S.Vurğun,C.Məmmədquluzadənin əsərlərini təhlil etdilər.
Tədbirdə məktəbin direktoru N.Fərəcova ,UBR M.İskəndərova,ədəbiyyat müəllimləri Z.Kəminə,R.Novruzlu iştirak etdilər.