"Sehrli torba" adlı layihə həyata keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq həyat bilgisi fənnindən "Sehrli torba" adlı layihə həyata keçirildi. Layihənin əsas məqsədi şagirdlərdə müsbət keyfiyyətlərin inkişaf etdirilməsi, xeyirxahlıq, yardımsevərlik kimi gözəl insani keyfiyyətlərin şagirdlərə məktəbli yaşlarından aşılanması,bu gözəl vərdişlərin onlarda daimi olmasına çalışılmasıdır. Şagirdlər "Anamın köməkçisiyəm" musiqi sədaları altında göz oxşayan, gözəl bir torba hazırladılar. Onu bəzəmək üçün müxtəlif rəngli kağızlardan və stikerlərdən istifadə etdilər. Qərara alındı ki,hər gün bir yaxşı əməl etdikdə, torbaya bir daş atılsın. Beləliklə, ilin sonunda daşlar sayılacaq, onların yaxşı insan olmaq yolunda nə qədər irəlilədikləri yoxlanılacaq.