Gigiyenik qaydalara əməl edək!
Məktəbin fəaliyyət planına uyğun olaraq maarifləndirici tədbir keçirildi. Tədbirin mövzusu qurd xəstəliklərinə yoluxmayaq, qurd xəstəliklərinə yoluxmamaq üçün hansı tədbirləri görək bir sözlə gigiyenik qaydalara əməl edək idi. Bu məqsədlə 6 “A” sinif şagirdləri ilə qarşılıqlı diskussiya aparıldı. Necə edək ki, qurd xəstəliklərinə yoluxmayaq, hansı tədbirləri görək, gigiyenik qaydalara əməl etmək vacibdirmi? və s. suallarla şagirdlərə müraciət etdik. Qarşılıqlı müzakirə apardıq. Məktəbimizin biologiya müəlliməsi Fərqanə Əkbərova parazit qurdlar, qurdlara yoluxma yolları, profilaktik tədbirlər haqqında məlumat verdi. Həmçinin məktəbimizin tibb həkimi Sevda Məmmədova qurd xəstəliklərinə yoluxmamaq üçün gigiyenik qaydalara əməl etməyin, kimdəsə qurd xəstəliklərinin əlamətləri varsa müalicə olunmağın vacib olduğunu şagirdlərin diqqətinə çatdırdı. Sonda şagirdlər parazit qurdlarla bağlı maraqlı fraqmentə baxdılar. Tədbirdə məktəbimizin direktoru Nisə Fərəczadə iştirak etdi.