“Şuşa ili ” ilə bağlı məktəbimizdə sisilə tədbirlər keçirilir
Bu məqsədlə məktəbin ədəbiyyat müəllimi Kəminə Zalova və UBR Mədinə İskəndərovanın iştirakı ilə 8”C” sinif şagirdləri “Əziz Şuşa sən azadsan” adlı dəyirmi- masa keçirdilər. Dəyirmi masaya dəvət olunmuş 9”A” sinif şagirdi Əkbərli Musanın tərtib etdiyi slayd maraqla izlənildi. Slaydda Şuşa şəhərinin tarixi, mədəni abidələri, təbiəti, incəsənət nümayəndələri barədə məlumatlar nümayiş olundu. Söhbət zamanı Şuşanın təkcə Qarabağ üçün deyil, bütün Azərbaycan üçün əhəmiyyəti, Azərbaycan ədəbiyyatında və mədəniyyətində şuşalıların xüsüsi rolu barədə maraqlı fikirlər vurğulandı.
Dəyirmi masaya dəvət olunan 5 ”A” sinif şagirdi K.Ümidin ifa etdiyi “Şuşanın dağları” və “Qarabağ” mahnısı maraqlı anların yaşanmasına səbəb oldu.
Dəyirmi masanın keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hislərinin tərbiyə olunması, onlarda mənəvi dəyərlərə, doğma torpağa qarşı dərin sevgi hisinin formalaşdırılmasıdır.