Sağlam qidalanma sağlam gələcəyin təminatıdır
Məktəbin fəaliyyət planına uyğun olaraq Kimya - biologiya aylığı davam edir.Bu məqsədlə “Sağlam qidalanma sağlam gələcəyin təminatıdır” adlı dəyirmi masa keçirildi. Sağlam qidalanma hər kəsi maraqlandıran məsələdir. Şagirdlərin qidalanmasına ailədə valideynlər birbaşa nəzarət etsə də, məktəbdə bu nəzarəti edə bilmirlər. Buna görə də, necə edək ki, sağlam qidalanaq, hansı qidaları qəbul edək, qida rasionumuzda üstünlük təşkil edən qidalar hansılardır və s sualları cavablandırmaq üçün 8 “C” sinif şagirdlərinə yönəltdik və araşdırmağı tapşırdıq . Şagirdlərin apardıqları araşdırmanın təqdimatında düzgün qidalanma, qidalanmanın 10 qızıl qaydası, gündəlik qida rasionu, qida rasionunda meyvə - tərəvəzlərin üstünlüyü, vaxtlı - vaxtında qidalanma və s. məsələlər öz əksini tapmışdı. Şagirdlər gətirdikləri ərzaq məhsullarında rast gəlinən vitaminlər haqqında da məlumat verdilər. Vitaminlərin gündəlik həyatımızda qəbul etdiyimiz qidaların tərkibində vitaminlər əvəzedilməzdir. Kərimova Şövkətin hazırladığı slayd maraqla izlənildi, şagirdlər sağlam qidalanma haqqında maraqlı çıxışlar etdilər. Tədbirin sonunda məktəbimizin direktoru Nisə Fərəcova şagirdlərə qidalanma haqqında dəyərli məsləhətlər verdi. Son olaraq qeyd edildi ki "Sağlam qidalanma sağlam gələcəyin təməlidir!".