“Autizmlə mübarizə” adlı tədbir keçirildi
Məktəbin fəaliyyət planına uyğun olaraq , “Kimya-Biologiya” aylığı çərçivəsində məktəbin biologiya müəllimi Zülfiyyə Hüseynova VII A şagirdləri ilə “Autizmlə mübarizə” adlı tədbir keçirdi. Məqsəd şagirdləri Autizmlə bağlı məlumatlandırmaq idi. Şagirdlərdən Xədicə İsmayılzadə, Əli Heydərli, Nərgiz Bədirli Autizm xəstəliyi,onları yaradan səbəblər,diaqnozu və müalicə metodları haqqında məlumat verdilər.Tədbirdə VII A sinif rəhbəri Nərminə Cabbarova və məktəbin biologiya müəllimi Fərqanə Əkbərova iştirak etdilər.