"Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər”
Kimya-biologiya aylığı çərçivəsində 8 "A” sinfində kimya müəllimi Aytən Məmmədli və məktəbin kimya laborantı Sevinc Cəfərovanın təşkilatçılığı ilə «Kimyəvi reaksiyanın sürətinə təsir edən amillər” mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə kimyəvi reaksiyanın sürətinə müxtəlif amillərin təsirinə dair təcrübələr aparıldı, slaydlar nümayiş olundu. Nümunəvi dərsdə məktəbin direktoru Nisə Fərəcova direktor müavini Günel İsmayılova, biologiya müəllimləri Fərqanə Əkbərova və Zülfiyyə Hüseynova iştirak etdi.