Beynəlxalq Uşaq Kitabı Günü

Aprelin 2 si Beynəlxalq Uşaq Kitabı Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin məhşur uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş H.X.Andersenin dünyaya göz açdığı günün şərəfinə 1967ci ildə  təsis edilib.Bu tarixdə əlamətdar günün qeyd edilməsini həklif edən isə alman yazıçısı Yella Lepman olub.Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək,ona sevgi aşılamaqdır bu məqsədlə məktəbin fəalliyyət planına uyğun olaraq 2 aprel Beynəlxalq Uşaq Kitab Günü ilə əlaqədar olaraq kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbəri Leyla Orucəliyeva ilə 3 "A " sinifində 2 aprel Beynəlxalq Uşaq kitab günü adlı tədbir keçirildi.

Kitabxana müdiri Aytən Məmmədova öz giriş sözündə kitab günü haqqında şağirdlərə məlumat verdi və şagirdlərlə dünya və Azərbaycan uşaq yazıçıları haqqında sorğu keçirtdi.Həmçinin mütaliənin və kitab oxumağın faydaları haqqında maarifləndirici söhbətlər apardı.

Şagirdlər sinif rəhbəri Orucəliyeva Leylanın rəhbərliyi altında H.K.Andersenin"Düyməcik"  nağılını səhnələşdirilmiş variantda təqdim etdilər.Şagirdlər tərəfindən oxunan dünya uşaq yazıçılarının nağılları ətrafında maraqlı müzakirə və nağılların qəhrəmanları ,obrazları haqqında düşüncələrini təhlil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi