Kimya - biologiya aylığına start verildi
Məktəbimizin fəaliyyət planına uyğun olaraq kimya - biologiya aylığına start verildi. İlk tədbirimiz 1 aprel Beynəlxalq Quşlar Gününə həsr edildi.
1906 - cı il aprelin 1 - də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb və bu gün dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır. Bizim də bugünkü məqsədimiz şagirdlərə vəhşi təbiətin faunasında xüsusi rolu olan quşlar sinfinin nümayəndələrinin yayılma arealını, sayının azalma səbəblərini, xüsusi mühafizəyə ehtiyacı olan quşları, adları Qırmızı Kitaba düşən quşları araşdırıb, onların sayının bərpası üçün nələri edə biləcəyimizi öyrətməkdir. Şagirdlərimiz müxtəlif quşların Azərbaycan ərazisində yayılması, ölkəmizə qışlamaq üçün uçub gələn və ya qışlamaq üçün köçüb gedən quşlar haqqında məlumat öyrənmişdilər. Təbiət dərnəyinin şagirdləri hazırladıqları "Qırmızı Kitab" haqqında və qırmızı kitaba düşən quşlar haqqında da məlumat verdilər. Tədbirdə 6a sinif şagirdləri və təbiət dərnəyi şagirdləri gözəl çıxışları ilə yadda qaldı.