31 Mart Azərbaycanlılarının soyqırımı günü
Məktəbin fəaliyyət planına uyun olaraq 31 Mart Azərbaycanlılarının soyqırımı günü ilə bağlı 7 “C” sinifləri ilə dəyirmi masa keçirildi. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması ,tarixi hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, düşmənə nifrət hissini gücləndirmək , güclü vətənə məhəbbət hissini aşılamaqdır. Dəyirmi masada məktəbin tarixi müəllimi Afət Xudai,UBR Mədinə İsgəndərova, kitabxana müdiri Aytən Məmmədova şagirdlərə tarixi faktlarla geniş məlumat verərək bu soyqırım Azərbaycan xalqı və dövlətinin tarixində baş vermiş faciəli hadisələrə, Azərbaycanlıların kütləvi surətdə qırğını , repressiyalara məruz qalması ,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba, qəzalarında ,Qarabağda ,Zəngəzurda , Naxçıvanda , Lənkaranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, minlərlə insan itkin düşmüşdür Şagirdlər soyqırım haqqında öyrəndiklərini məlumat verdilər. Sonda soyqırım haqqında sənədli videofilm izlədilər.