Texnologiya aylığı davam edir

Məktəbin fəaliyyət planına uyğun olaraq Fizika və Texnologiya fənn aylığı çərçivəsində Texnologiya müəllimi Nərgiz Ağabəyovanın rəhbərliyi ilə  8 «A” sinfində açıq dərs təşkil olundu. Dərsin mövzusu un məmulatları, un məlumatlarının hazırlanması üçün alət və tərtibatlardan ibarət idi. Şagirdlər Azərbaycan mətbəxinin un məmulatları, şirniyyatları haqqında biliklərini ifadə etdilər. Dərsdə məktəbin direktoru Nisə Fərəcova, direktor müavini Günel İsmayılova, İnformatika müəllimi Aynur Əkbərova iştirak etdilər.8 «A” sinif şagirdləri V. Səma, M. Aişə, M. Tamilla, K. Aysu, Ə. Qumru, D. Günay, A. Nərgiz mövzuya aid praktiki iş elədilər. Dərs zamanı iştirak edən şagirdlərin bacarıqları qiymətləndirmə meyarlarına uyğun olaraq qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi