"Bahar çələngi " lahiyəsi çərçivəsində tədbirlər davam edir
Məktəbin tədbirlər planına uyğun olaraq 4-18 mart tarixləri üçün nəzərdə tutulan "Bahar çələngi" lahiyəsi daxilində 9 "A" sinifində təşkilat saatı keçirildi. Sinif rəhbəri Kəminə Zalova xalqımızın Novruz adətlərinin qədim tarixi köklərindən danışdı. Vurğulandı ki, şovinist Sovet siyasətinin hökm sürdüyü illərdə belə xalqımız öz milli mənəvi dəyərlərinə sahib çıxaraq onları nəsildən nəsilə ötürə bilmişdir. Ümummilli lider Heydər Əliyevin bu sahədə əvəzolunmaz rolundan söhbət açıldı.
Təşkilat saatına dəvət olunan məktəb kitabxanaçısı Aytən Məmmədova Novruz Ensiklopediyası barədə məlumat verdi. Daha sonra Novruzla bağlı koinofilm nümayiş olundu.