"Qadın və cəmiyyət" mövzusunda seminar keçirildi

    8 Mart Beynəlxalq  Qadınlar Günü münasibətilə məktəbin IX-X-XI  sinif şagirdləri və onların analarının iştirakı ilə seminar keçirildi.     

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Nisə Fərəcova tədbir iştirakçılarını salamladı və qonaqları təqdim etdi. Qarşıdan gələn  8 mart Beynəlxalq qadınlar günü münasibətilə qadınları təbrik etdi. Qadının cəmiyyətdə nə  qədər böyük rola  malik olduğunu bildirdi.

IX sinif şagirdləri Mirxanım Vahabova və Zəynəb Heydərlinin təqdimatında Qadının cəmiyyətdə rolu, qadın və hüquqlar, qadın və islamiyyət və.s movzularda çıxışlar etdilər.

İnteraktiv şəraitdə keçən görüşdə Bakı şəhər Təhsil İdarəsinin Təlimə  Dəstək mərkəzinin psixoloqu Heyran Səfərova və Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət  komitəsinin əməkdaşı Həsən Əliyev iştirak etdilər. Onlar şagirdlərə qarşıladıqları problemlər, qadınlarımızın ailədə və cəmiyyətdə rolu mövzusunda  söhbət aparıb müzakirələr etdilər.

Tədbirdə şəhid Mehdi Feyzullazadənin anası Elvira xanım  da iştirak edirdi. Şəhid anası çıxış edərək şagirdlərə, müəllimlərə belə görüş təşkil etdikləri üçün  öz təşşəkürünü bildirdi.

Sonda məktəbin direktoru bir daha xanımları təbrik etdi və şəhid  anası Elvira xanıma tədbirdə iştirakına, Mehdi kimi oğul yetişdirdiyinə görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi