1 Mart Mülki Müdafiə günü

Məktəbin 5 “A” sinifində Ümumdünya Mülki Müdafiə gününə həsr olunan dərs keçirildi. Sinif rəhbəri Vüsalə Məmmədova və məktəbin Azərbaycan dili və Ədəbiyyat Kəminə Zalova qeyd olunan günün kütləvi humanitar əhəmiyyətindən danışdılar. Müəllimələr vurğuladılar ki, şagirdlərin fövqəladə hallar zamanı lazımı davranış qaydalarını mənimsəməsi, fərdi mühafizə vasitələrindən istifadə etməsi qaydaları nəzəri və əməli cəhətdən mənimsəməsi çox önəmlidir.

Direktor müavini İsmayılova Günel müəllimə öz çıxışında fövqəladə hallarda hər bir insanın fərdi olaraq mühafizəyə hazır olmasını erkən yaşlardan formalaşmadırmağın vacibliyini qeyd etdi.

Daha sonra müxtəlif fəlakətlər zamanı istifadə olunan vəsaitlər nümayiş olundu, izahlı fotoşəkillər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi