Şagirdlər Firudin Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular
Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021 ci il tarixində imzaladığı sərəncamına əsasən İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə əlaqədar olaraq 5 ci siniflərlə məktəbin kitabxana müdiri Aytən Məmmədova və sinif rəhbərləri Pərvanə Mənsimova, Rühəngiz Hüseynova ilə F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular.
Məqsəd İrəvan müəllimlər seminariyasının 140 illiyi ilə əlaqədar olaraq həmin seminariyanın məzunlarının Cənubi Qafqazda milli maarifçiliyin yayılmasında necə rol oynadığını və Azərbaycan ziyalılarının Erməni şovinist ailələri ilə necə mübarizə apardığını aşılamaq və İrəvan şəhərinin tarixən Azərbaycanlıların köklü yaşadığı böyük maarif və elm mədəniyyət mərkəzlərindən biri olduğunu şagirdlərə aşılamaqdır.
Ekskursiyada kitabxananın əməkdaşı şagirdləri kitabxana ilə tanış etdi. Şagirdlərə kiçik oxu zalında F.B.Köçərlinin haqqında məlumat verdi. Sonra şagirdlər İrəvan müəllimlər seminariyası haqqında xüsusən F.B.Köçərlinin 10 il bu seminariyada pedoqoji fəaliyyəti haqqında öyrəndiklərini məlumat verdilər
Sonda şagirdlər F.B.Köçərliyə həsr olunmuş sənədli filmi izlədilər.