"Sağlam bədən də sağlam ruh olar" adlı sinifdaxili yarış keçirildi
5 mart “Bədən tərbiyəsi və idman” günü ilə bağlı 4 “B” sinif şagirdləri arasında sinifdaxili idman yarışı keçirildi. Yarışda keçirilən müxtəlif oyunları şagirdlər maraq və sevinclə qarşıladılar. Şagirdlər yarışda həvəslə iştirak etdilər. Yarışın keçirilməsində məqsəd şagirdlərə fiziki inkişafın vacibliyini anlatmaq, onlarda müsbət emosiyaların dayanıqlı olmasını təmin etmək , idman və fiziki tərbiyənin inkişafının çox önəmli olduğunu göstərmək idi. Bizim gələcəyimiz üçün sağlam övladlar lazımdır. Bunun üçün üçün həmişə idman etmək lazımdır. İdman sağlamlıqdır.